BAKI, 31 avqust. TELEQRAF

“İran müvafiq razılaşmalar çərçivəsində öhdəliklərinə əməl etsə də, ABŞ bunları yerinə yetirməyib”.

Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

“Biz razılaşma nöqtəsinə çatmağa çalışırıq, səylərimizi davam etdiririk. İnanırıq ki, müharibənin davam etdirilməsi nə bizim, nə regionun, nə də bəşəriyyətin maraqlarına uyğundur”, - dövlət başçısı vurğulayıb.