BAKI, 31 avqust. TELEQRAF

“Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) beynəlxalq hüquqa uyğun olaraq, İranın son dron hücumuna cavab vermək hüququnu özündə saxlayır”.

Teleqraf xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

BƏƏ XİN İranın PUA hücumlarını ölkənin suverenliyinin, təhlükəsizliyinin və sabitliyinin açıq şəkildə pozulması, həmçinin vətəndaşların təhlükəsizliyinə birbaşa təhdid kimi qiymətləndirib.

Qurum vurğulayıb ki, bu təcavüzkar hücumlar təhlükəli eskalasiya, qəbuledilməz addım və ölkənin təhlükəsizliyi, sabitliyi və ərazi bütövlüyünə birbaşa təhdiddir, beynəlxalq hüququn prinsiplərinə və BMT Nizamnaməsinə ziddir.

Nazirlik həmçinin bu təcavüzkar hücumların dərhal dayandırılmasının və bütün düşmənçilik xarakterli addımların dayandırılması öhdəliyinə tam riayət edilməsinin vacibliyini vurğulayıb.

BƏƏ bəyanatın sonunda İranı hücumlara və onların bütün nəticələrinə görə tam məsuliyyət daşıyan tərəf elan edib.

Xatırladaq ki, BƏƏ Müdafiə Nazirliyi bundan ölkənin hava məkanında İrandan atılan bir dronun məhv edildiyini açıqlamışdı.