BAKI, 31 avqust. TELEQRAF
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Hərbi Hava Qüvvələri ölkənin ərazi suları üzərində İrandan buraxılan dronu məhv edib.
Teleqraf xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirlikləri Müdafiə Nazirliyi məlumat yayıb.
“Hərbi Hava Qüvvələrimiz İrandan uçan pilotsuz təyyarəni dövlətin ərazi suları üzərində məhv edib”, - açıqlamada bildirilib.
Qeyd olunub ki, BƏƏ Silahlı Qüvvələri hazır vəziyyətdədir və hava hücumundan müdafiə qüvvələri hava məkanını gecə-gündüz izləyir.
Birləşmiş Ərəb Əmirlikləri Müdafiə Nazirliyi İranın “Minhad” hava bazasının hədəfə alındığına dair açıqlamasını da təkzib edib.