BAKI, 30 avqust. TELEQRAF
İsrail Tehranın nüvə və ya ballistik raket proqramlarını bərpa edəcəyi təqdirdə İrana yenidən zərbələr endirəcək.
Teleqraf xəbər verir ki, bu barədə İsrailin energetika naziri Eli Kohen "Ynet" xəbər portalına müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, Tehran Vaşinqtonla razılıq əldə etsə belə, İsrail öz təhlükəsizliyini təmin etmək üçün addım atacaq.
"Əgər İran səhvə yol verərək nüvə və ya ballistik raket proqramını yeniləməyə cəhd edərsə, ABŞ ilə müqavilə olsa belə, hücum edəcəyik", — deyə E.Kohen vurğulayıb.