BAKI, 29 avqust. TELEQRAF

İsrail ordusu Qəzzada xəstəxanada gizlənən HƏMAS komandirini vurdu.

Teleqraf "TASS"a istinadla xəbər verir ki, İsrail Müdafiə Ordusu Qəzza zolağının Deyr əl-Balah bölgəsində HƏMAS radikal hərəkatının hərbi qanadının komandirinə hava zərbəsi endirib.

Məlumata görə, hədəf alınan komandir "Şühəda əl-Əqsa" xəstəxanasının ərazisində gizlənərək İsrail hərbçilərinə və mülki vətəndaşlarına qarşı yeni hücumlar hazırlayırmış. İsrail tərəfi bu hadisəni HƏMAS-ın tibb və humanitar infrastrukturlardan terror məqsədləri üçün növbəti sui-istifadəsi adlandırıb.

Qeyd olunub ki, avqustun 27-də Qəzzanın səhiyyə rəsmilərinə xəstəxanalardan hərbi məqsədlərlə istifadə edilməməsi barədə rəsmi xəbərdarlıq göndərilib və zərbədən əvvəl mülki əhali arasındakı risklərin azaldılması üçün zəruri addımlar atılıb.