BAKI, 31 avqust. TELEQRAF

İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi ABŞ ordusunun Larak adasına hücumuna sərt cavab veriləcəyini iddia edib.

Teleqraf xəbər verir ki, bu barədə o, yerli mediaya danışıb.

“ABŞ-nin hücumlarını ölkəmizə qarşı hərbi təcavüz çərçivəsində qiymətləndirəcəyik və istənilən səviyyədə istənilən addıma çox qəti şəkildə cavab verəcəyik”, - İran XİN başçısının müavini deyib.

Qəribabadi əlavə edib ki, ABŞ-nin bölgədəki hərbi mövcudluğuna son qoyulmalıdır: “Amerikalılar İrana qarşı təcavüzləri təkrarlamamaq üçün keçmişdə aldıqları məğlubiyyətlərdən ciddi dərs almalıdır”.

Xatırladaq ki, ABŞ ordusu bundan əvvəl İranın cənubundakı Larak adasında iki raket qurğusuna zərbə endirib. İran buna cavab olaraq, İordaniyadakı ABŞ bazalarına zərbələr endirib.