BAKI, 31 avqust. TELEQRAF
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının “45-ci Cavadüləimmə döyüş-mühəndislik qrupu” üzrə ölkənin Ali rəhbəri Müctəba Xameneinin nümayəndəliyinin rəhbəri Müslüm Əmiri öldürülüb.
Teleqraf xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Əmirinin yaxın günlərdə xidməti tapşırığı yerinə yetirərkən həyatını itirdiyi bildirilib.