BAKI, 31 avqust. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın nümayəndələri Stiven Uitkoff və Cared Kuşnerlə telefon danışığı aparıb.

Teleqraf xəbər verir ki, Ukrayna lideri bu barədə "Telegram" kanalında məlumat verib.

Dövlət başçısı ABŞ və Ukrayna danışıqlar qrupları arasında dialoqun davam etdiyini və amerikalı nümayəndələrin Ukraynaya gözlənilən səfərinin tarixinin müəyyənləşdirildiyini bildirib. V.Zelenski həmsöhbətlərinə döyüş meydanındakı son vəziyyət və hava zərbələri barədə də ətraflı məlumat verdiyini diqqətə çatdırıb.

“Bu səfər sülh həllərinin hazırlanması üçün çox faydalı olardı. Rusiya böyük itkilər hesabına yalnız cüzi irəliləyişlər əldə edə bilir. Sülhün birgə nailiyyətimiz olması üçün çalışan Prezident Trampa, Stivə, Caredə və Birləşmiş Ştatlarda əməyi keçən hər kəsə təşəkkür edirəm”, — deyə V.Zelenski qeyd edib.