BAKI, 31 avqust. TELEQRAF
Supertanker Hörmüz boğazının cənub hissəsində “qanunsuz marşrut”dan keçərkən minalara düşərək partlayıb.
Teleqraf xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi-Dəniz Qüvvələri məlumat yayıb.
Gəmi iki minaya düşüb.
“Hərbi-Dəniz Qüvvələri bir daha xəbərdarlıq edir ki, Hörmüz boğazından təhlükəsiz keçid qaydalarını pozan gəmilər məhz belə aqibətlə üzləşəcək. Hərbi-Dəniz Qüvvələrinin boğazdan keçid və burada naviqasiya ilə bağlı elan etdiyi qaydalara riayət etmək məcburidir”, - açıqlamada qeyd olunub.
Gəminin sahibləri barədə təfərrüat verilməyib. Həmçinin supertankerin yüklü olub-olmadığı və hansı ölkəyə üzdüyü də açıqlanmayıb.