BAKI, 31 avqust. TELEQRAF
Macarıstan hökuməti qanunsuz miqrasiyaya qarşı mübarizəyə görə Avropa İttifaqından hər gün 1 milyon avro məbləğində cərimə ödəməyə məcbur edilir.
Teleqraf xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Peter Madyar Sloveniyanın Bled şəhərində keçirilən Strateji Forumda bəyanatında bildirib.
P.Madyar Asiya və Afrika ölkələrindən gələn miqrantları qəbul etməkdən imtina etdiklərinə görə Brüsselin ölkəsinə qarşı ədalətsiz mövqe tutduğunu qeyd edib.
“Biz sırf ümumi Avropa sərhədlərini qoruduğumuza görə Aİ məhkəməsinin qərarını icra etməyə və günə 1 milyon avro ödəməyə məcburuq. Brüsselin bu problemə görə Macarıstana qarşı niyə belə ədalətsiz davrandığını xalqımıza izah etmək çox çətindir”, — deyə P.Madyar vurğulayıb.
Hökumət rəhbəri Aİ-nin miqrasiya sahəsindəki qərarlarını icra etmək və minlərlə qaçqını ölkə ərazisinə buraxmaq niyyətində olmadıqlarını, habelə Macarıstanın milli maraqlarını qorumağa davam edəcəklərini bəyan edib.