BAKI, 31 avqust. TELEQRAF

Nepalda baş verən dağıdıcı daşqınlar nəticəsində həlak olanların sayı 939 nəfərə çatıb.

Teleqraf xəbər verir ki, bu barədə Nepalın Fəlakət Risklərinin Azaldılması və İdarə Edilməsi üzrə Milli Qurumu məlumat yayıb.

Məlumata görə, itkin düşənlərin sayı 3 925 nəfər olaraq yenilənib. Onlardan 592 nəfərinin xarici ölkə vətəndaşı olduğu bildirilir. Həmçinin su elektrik stansiyalarında köməksiz vəziyyətdə qalan işçilərin sayının 639 olduğu təxmin edilir. Axtarış-xilasetmə tədbirləri çərçivəsində fəlakət bölgəsindən indiyədək ümumilikdə 11 379 nəfər xilas edilib.