BAKI, 6 avqust. TELEQRAF
“İran Prezidenti Məsud Pezeşkianın istefa verməsi və bunun Ali rəhbər Müctəba Xamenei tərəfindən qəbul edilməsi ilə bağlı yayılan şayiələr ölkənin siyasi sabitliyini hədəfə alır və düşmənin dəyirmanına su tökür”.
Teleqraf xəbər verir ki, bunu İran parlamentinin deputatı və Sosial Komitəsinin üzvü Əhməd Beydəli deyib.
“Pezeşkianın istefası barədə əsassız iddiaların yayılması gərginlik və qeyri-müəyyənlik mühiti yaradır, həmçinin İran İslam Respublikasının düşmənlərinə hakimiyyətin yüksək eşelonlarında birlik olmadığı təəssüratını formalaşdırmaq imkanı verir”, - deputat bildirib.
Beydəli Xameneinin ofisinin bu şayiələri təkzib etdiyini xatırladaraq qeyd edib ki, bu məlumatları yayan şəxslər dərhal ilk növbədə İran ali rəhbərindən, daha sonra isə xalqdan üzr istəməlidirlər.