BAKI, 5 avqust. TELEQRAF

İran Prezidenti Məsud Pezeşkian HƏMAS-ın Siyasi Bürosunun rəhbəri Xəlil əl-Hayya ilə telefon danışığında ölkəsinin Qəzza zolağı üzrə davam edən danışıqlarda hərəkatın mövqeyini dəstəkləyəcəyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb.

İran lideri vurğulayıb ki, Tehran Fələstin rəhbərlərinin danışıqlar prosesində qəbul edəcəyi bütün qərarların və təşəbbüslərin arxasındadır.