BAKI, 11 iyul. TELEQRAF
İranın elm və tədqiqat infrastrukturu müharibə nəticəsində təxminən 300 milyon dollar zərər görüb.
Teleqraf xəbər verir ki, bu barədə İranın elm, texnologiya və bilik əsaslı iqtisadiyyat üzrə vitse-prezidenti Hüseyn Afşin IRNA agentliyinə bildirib.
Onun sözlərinə görə, zərbələr yeni texnologiyaların inkişafı ilə bağlı obyektlərə dəyib.
Afşin qeyd edib ki, həmin obyektlərin hərbi təyinatı olmayıb.