BAKI, 26 avqust. TELEQRAF

Azərbaycan Xarici İşlər Nazirliyi Nepal–Çin sərhəd bölgəsində baş verən daşqın və torpaq sürüşmələri ilə əlaqədar başsağlığı verib.

Teleqaf xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.

Nazirlik təbii fəlakət nəticəsində insanların həyatını itirməsi və genişmiqyaslı dağıntıların baş verməsindən dərin kədər hissi keçirdiyini bildirib.

"Bu faciəvi təbii fəlakət nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların isə tezliklə sağalmasını arzulayırıq. Ümid edirik ki, davam edən axtarış-xilasetmə işləri hələ də itkin düşmüş şəxslərin sağ-salamat tapılması ilə nəticələnəcək", - deyə qeyd edilib.