BAKI, 27 avqust. TELEQRAF
ABŞ-nin müttəfiqləri Hörmüz boğazında hələ də minaların qalması ilə bağlı narahatdırlar.
Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.
İddialara görə, müttəfiqlər hesab edirlər ki, ABŞ boğazın minalardan təmizlənməsi istiqamətində qismən irəliləyiş əldə edib. Onlar bəzi minaların sualtı axınlar səbəbindən ilkin mövqelərindən yerini dəyişə biləcəyini ehtimal edirlər.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp avqustun 25-də Hörmüz boğazını minalardan tam təmizlədiklərini bəyan edib.