BAKI, 26 avqust. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevə verdiyi dəstəyə görə Azərbaycana və bir sıra ölkələrə təşəkkür edib.

Teleqraf xəbər verir ki, V.Zelenski bu barədə "X" sosial şəbəkəsindəki paylaşımda yazıb.

"Ukraynanı qlobal diqqət mərkəzində saxladıqları üçün Argentina, Avstriya, Azərbaycan, Belçika, Bolqarıstan, Kanada, Xorvatiya, Avropa Şurası, Çexiya, Ekvador, Avropa İttifaqı, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, İraq, İrlandiya, İsrail, İtaliya, İordaniya, Latviya, Litva, Lüksemburq, Moldova, Monteneqro, Şimali Makedoniya, Filippin, Polşa, Portuqaliya, Koreya Respublikası, Rumıniya, Slovakiya, Sloveniya, İspaniya, Tayland, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, ABŞ və Vyetnama minnətdaram. Dəstək göstərən hər bir addım əhəmiyyətlidir. Ölkəmizin müstəqilliyinin bərpasının 35-ci ildönümündə Ukrayna və ukraynalılar haqqında fikirlərinizi yüksək qiymətləndiririk", - deyə o paylaşımda qeyd edib.