BAKI, 26 avqust. TELEQRAF

Nepalda baş verən güclü daşqın və torpaq sürüşməsi nəticəsində həlak olanların sayı 150 nəfəri ötüb.

Teleqraf BBC-yə istinadən xəbər verir ki, yüzlərlə turistin itkin düşdüyü bildirilir.

Nepalın Turizm İdarəsinin məlumatına görə, itkin düşən turistlər arasında Hindistandan 100, ABŞ-dan 54, Böyük Britaniyadan 33 və Nepalın özündən 100-dən çox şəxs var.

***

18:52

Nepalın Rasuva rayonunda baş verən daşqınlar zamanı ölənlərin sayı 95-ə çatıb.

Teleqraf xəbər verir ki, 403 nəfərin itkin düşüb.

Nepal Turizm İdarəsi itkin düşənlərdən 341 nəfərin xarici vətəndaş olduğunu açıqlayıb.