BAKI, 26 avqust. TELEQRAF

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-nin İrana qarşı həyata keçirdiyi iqtisadi sanksiyalarla əlaqədar BMT-nin baş katibi Antonio Quterreş və Təhlükəsizlik Şurasının üzvlərinə məktub göndərib.

Teleqraf xəbər verir ki, məktubda ABŞ-nin İrana qarşı “iqtisadi terrorizm siyasəti” yürütdüyü bildirilib.

Əraqçi BMT-ni ABŞ-nin addımlarını pisləməyə çağırıb.