BAKI, 27 avqust. TELEQRAF
Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani sabah Tehrana səfər edəcək.
Teleqraf xəbər verir ki, səfər çərçivəsində İranın yüksək vəzifəli rəsmiləri ilə gərginliyin azaldılması, dialoq mühitinin yaradılması və Hörmüz boğazında sərbəst gəmiçiliyin təmin edilməsi ilə bağlı müzakirələrin aparılması nəzərdə tutulub.