BAKI, 25 avqust. TELEQRAF

“ABŞ-nin İrana qarşı başlatdığı iqtisadi müharibənin nəticələri hərbi əməliyyatlardan daha ciddi olacaq”.

Teleqraf xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin üzvü Fədahüseyn Maliki deyib.

“İqtisadi müharibənin təsirləri gələcəkdə zəifləyə biləcək müharibədən fərqli olaraq daha uzunmüddətli olacaq”, - deputat bildirib.

Maliki əlavə edib ki, İran öz hüquqlarını müdafiə etmək üçün qanuni və beynəlxalq imkanlardan daha sürətlə istifadə etməli, beynəlxalq məhkəmələrində öz hüquqlarını təmin etməlidir.

Xatırladaq ki, ABŞ-nin maliyyə naziri Skott Bessent bundan əvvəl Amerikanın İrana qarşı bütün istiqamətlərdə iqtisadi hücuma başladığını açıqlayıb. Nazir bunu “İqtisadi təcrid” əməliyyatı adlandırıb.