BAKI, 26 avqust. TELEQRAF
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakının da ev sahibliyi etdiyi Avropa çempionatının C qrupunda növbəti oyununu keçirib.
Teleqraf xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu yığma qrup mərhələsinin IV turunda Belçika ilə qarşılaşıb. Milli Gimnastika Arenasında keçirilən görüş rəqibin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Dörd oyundan sonra 8 xalı olan Azərbaycan millisi Niderland və Belçika ilə birlikdə ilk 3 pilləni bölüşdürür.