BAKI, 25 avqust. TELEQRAF

ABŞ İrana Hörmüz boğazının açılması və regiondakı proksi qüvvələrin hücumları dayandırması müqabilində sanksiyaların ləğvini və ölkəyə qarşı iqtisadi blokadanı dayandırmağı təklif edib.

Teleqraf xəbər verir ki, bu barədə mənbələrə istinadla “Al Hadath” telekanalı məlumat yayıb.

Məlumata görə, ABŞ-nin təklifini Tehrana Pakistan ordusunun baş komandanı feldmarşal Asim Münir İrana səfəri zamanı çatdırıb.

Feldmarşal həmçinin Tehrana anlaşma memorandumunun hazırlanması üzrə işi bərpa etməyə çağırıb. Münir qeyd edib ki, İslamabad bu münaqişədə heç bir tərəfi dəstəkləmir.