BAKI, 24 avqust. TELEQRAF
Livanın Xarici İşlər Nazirliyi İranın Beyrutdakı səfiri Məhəmməd Rza Şeybaninin ölkədən çıxarılması ilə bağlı qərarından geri çəkilməyib.
Teleqraf xəbər verir ki, bu barədə Livanın MTV telekanalı məlumat yayıb.
Livan Xarici İşlər Nazirliyi bu ilin mart ayında Şeybaninin diplomatik akkreditasiyasını ləğv edib və onu “arzuolunmaz şəxs” elan edib. Nazirliyin açıqlamasına görə, bu qərar Livanın diplomatik səlahiyyətləri çərçivəsində qəbul olunub.
Livan Baş naziri də İran səfirinin ölkədən çıxarılması qərarını dəstəkləyir. Müvafiq qərara baxmayaraq, səfir İrana qayıtmayıb.