BAKI, 27 avqust. TELEQRAF

Nepalda baş verən güclü daşqınlar nəticəsində 53 Ukrayna vətəndaşı itkin düşmüş hesab olunur.

Teleqraf xəbər verir ki, bu barədə “Ukrinform” Ukrayna Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

“Hazırda Nepalda 53 Ukrayna vətəndaşı itkin düşmüş hesab olunur”, - məlumatda bildirilib.

Son məlumatlara əsasən, Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 157 nəfərə çatıb.

Nepalın infrastruktur naziri Sunil Lamsal təbii fəlakətin ölkəyə təxminən 200 milyard Nepal rupisi (1,3 milyard dollar) məbləğində ziyan vurduğunu açıqlayıb.

Bildirilib ki, daşqınların vurduğu ziyanın əsas hissəsi avtomobil yolları və körpülərlə bağlıdır.