BAKI, 26 avqust. TELEQRAF

Macarıstanın Mohac şəhərində sənaye müəssisəsinin ağac materiallarının saxlandığı sahəsində baş verib.

Teleqraf xəbər verir ki, nəticədə iki işçi həyatını itirib.

İlkin məlumata görə, yanacaq təchizatı sisteminin yaxınlığında toz halında olan ağac materialının partlaması nəticəsində təxminən 15 metr hündürlüyündə alov yaranıb. Hadisə zamanı alovun qarşısında olan üç işçi ağır, həyati təhlükəli xəsarətlər alıb. Onlardan ikisi xəstəxanaya çatdırıldıqdan sonra dünyasını dəyişib.