BAKI, 25 avqust. TELEQRAF

İsrailin Qəzza zolağına həyata keçirdiyi hərbi əməliyyat nəticəsində HƏMAS Hərəkatına məxsus beş silah anbarı və bir raket buraxılış məntəqəsi məhv edilib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Hərbi Hava Qüvvələri məlumat yayıb.

Bildirilib ki, bu anbarlarda raketlər, silahlar, partlayıcı maddələr, qumbaralar və döyüş avadanlıqları saxlanılıb.