BAKI, 24 avqust. TELEQRAF
İsrail Müdafiə Qüvvələri Qəzza zolağının cənubundakı Xan Yunis şəhəri ərazisinə yeni zərbə endirib.
Teleqraf xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, zərbənin hədəfi HƏMAS Hərəkatının “Nüxba” xüsusi təyinatlı dəstəsinin tağım komandiri olub. Onun 2023-cü ilin oktyabrında İsrail ərazisinə hücumda iştirak etdiyi bildirilir.
Qeyd edilib ki, o, İsrail ərazisinə hücumda iştirak edib və müharibə boyunca Qəzza zolağında fəaliyyət göstərən İsrail qüvvələrinə qarşı aktlar həyata keçirib.