BAKI, 27 avqust. TELEQRAF
Türkiyə klublarından "Fənərbağça" UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanıb.
Teleqraf xəbər verir ki, İstanbul təmsilçisi turnirin təsnifat mərhələsinin pley-off turunun cavab qarşılaşmasında Fransa klublarından "Lion"la üz-üzə gəlib.
İstanbulda 1:1 hesablı nəticə ilə başa çatan matçın cavab oyununda "bülbüllər" 2:1 hesablı qələbə qazanıb.
İki oyunun nəticəsinə görə (3:2) rəqibini məğlub edən "Fənərbağça" 18 il sonra Çempionlar Liqasının Liqa (red. - qrup) mərhələsinə vəsiqə qazanıb.
İstanbul təmsilçisi sonuncu dəfə 2008/2009 mövsümündə ÇL-in qrup mərhələsində çıxış edib. Həmin dövrdə komanda "Arsenal", "Porto" və "Dinamo Kiyev"lə eyni qrupda mübarizə aparıb, Qrupdakı son oyununu 10 dekabr 2008-ci ildə Ukrayna klubuna qarşı keçirib.
Qeyd edək ki, Fransa klubu avrokuboklarda mübarizəni Avropa Liqasının Liqa mərhələsində davam etdirəcək.