BAKI, 25 avqust. TELEQRAF
“Tehranın Körfəz ölkələrinin ərazisindəki obyektlərə endirdiyi zərbələr məqsədlərinə çatmayıb və İranın təcridini əhəmiyyətli dərəcədə gücləndirib”.
Teleqraf xəbər verir ki, bunu BƏƏ prezidentinin diplomatik məsələlər üzrə müşaviri Ənvər Qarqaş deyib.
“İranın Bəsrə körfəzi regionundakı dövlətlərə qarşı təcavüzü öz məqsədlərinə çatmayıb və onsuz da çətin vəziyyətdə olan ölkənin durumunu daha da ağırlaşdırıb”, - o bildirib.
Qarqaşın fikrincə, qonşu ölkələrin ərazisinə zərbələr endirmək strateji baxımdan yanlış seçim olub, bu, İranın təcridini gücləndirib və mövqelərini zəiflədib.
BƏƏ rəsmisi hesab edir ki, müharibədən çıxış yolu Körfəz ölkələrinə hücum etməkdə deyil, münaqişənin deeskalasiyası üçün həmin dövlətlərlə əməkdaşlıq etməkdədir.