BAKI, 19 iyun. TELEQRAF
Livan xarici işlər naziri Yusif Raci Kanada xarici işlər naziri Anita Anandla regional hadisələr və ikitərəfli münasibətlər barədə telefon danışığı aparıb.
Teleqraf xəbər verir ki, bu barədə Livan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Kanada xarici işlər naziri həmkarından İranla ABŞ arasında bağlanmış müqavilənin Beyrut üçün nəticələri barədə soruşaraq, ölkəsinin Livanı dəstəklədiyini və mövcud şəraitdə yardım göstərməyə davam etdiyini vurğulayıb.
Yusif Raci Livanın əsas prioritetinin atəşkəsin təmin edilməsi olduğunu və regional sabitliyə töhfə verən istənilən razılaşmanı alqışladığını deyib. Həmçinin bildirib ki, Beyrut danışıqlar yoluna sadiqdir, amma bu prosesi Tehran və Vaşinqtondan müstəqil şəkildə davam etdirir və məqsədi Livanın suverenliyini və sabitliyini qorumaq üçün hərtərəfli həllə nail olmaqdır.