BAKI, 19 iyun. TELEQRAF
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ni hədələyən bəyanat verib.
Teleqraf xəbər verir ki, SEPAH bəyanatında ABŞ-nin razılaşmanı pozacağı təqdirdə sərt cavabla üzləşəcəyini iddia edib.
“Əgər xain düşmən sazişi pozaraq əvvəlki kimi yenidən həddindən artıq tələblər irəli sürməyə çalışsa, İslam İnqilabı Keşikçiləri quru, dəniz, hava və hibrid müharibənin bütün istiqamətlərində öncəkidən daha sərt cavab verəcək, çoxsaylı döyüş təcrübələri əsasında buna hazırdır. Həmin cəsur və müdrik komandanın (İranın Ali rəhbəri Əli Xamenei nəzərdə tutulur – red.) ən kiçik göstərişi ilə düşmənə bundan da böyük tarixi məğlubiyyət yaşadacaqlar”, - bəyanatda qeyd edilib.