BAKI, 18 iyun. TELEQRAF

İran Prezidenti Məsud Pezeşkian münaqişənin həlli ilə bağlı ABŞ ilə imzalanan anlaşma memorandumunu “tarixi sənəd” adlandırıb.

Teleqraf xəbər verir ki, bu barədə o, X-də yazıb.

“Bu, tarixi sənəd və güclü İrandan gələn mesajdır: sülh qarşılıqlı hörmət yolu ilə əldə edilməlidir”, - prezident bildirib.

Məsud Pezeşkian İranın sülh prosesinə və regional əməkdaşlığın inkişafına sadiq olduğunu iddia edib.