BAKI, 7 may. TELEQRAF
İran Prezidenti Məsud Pezeşkian bu yaxınlarda ölkənin Ali rəhbəri Müctəba Xamenei ilə görüşdüyünü açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə İran prezidentinin mətbuat xidməti məlumat yayıb.
Pezeşkian görüşün rahat atmosferdə keçdiyini və müzakirələrin təxminən iki saat yarım davam etdiyini bildirib.
O iddia edib ki, görüşdə ən diqqətçəkən şey Xameneinin dünyagörüşü, təvazökar yanaşması və səmimiyyəti olub, bu da dialoqu etimad, rahatlıq və empatiyaya əsaslanan atmosferə çevirib.
Xatırladaq ki, bu, ali rəhbər və prezident arasında şəxsi görüşə dair ilk rəsmi məlumatdır. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Müctəba Xameneinin ABŞ və İsrailin zərbələri nəticəsində yaralandığını açıqlayıb. Müharibə başlayandan bəri o, ictimaiyyət qarşısına çıxmayıb, bütün bəyanatları yazılı şəkildə dərc edilib və ya efirdə aparıcı tərəfindən oxunub.
Qərb mediası İranın yeni ali rəhbərinin ağır yaralandığı, bir ayağını itirdiyi və üzünün tanınmaz hala düşdüyü barədə məlumat yayıb.