BAKI, 30 aprel. TELEQRAF
“ABŞ İrana qarşı təxribatlardan imtina etsə, Tehran Vaşinqtonla danışıqları davam etdirməyə hazırdır”.
Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Yaponiya Baş naziri Sanae Takaiçi ilə telefon söhbəti zamanı deyib.
Prezident İranın hüquqlarını təmin edən və regionda sülh və əmin-amanlığı bərqərar edən ədalətli razılaşmaya nail olmaq üçün diplomatik prosesi davam etdirməyə hazır olduqlarını vurğulayıb.
“Buna ancaq ABŞ-nin həddindən artıq iddiaları və təxribatçı addımlarını dayandırması şərtilə nail olmaq olar”, - Pezeşkian bildirib.