BAKI, 30 aprel. TELEQRAF
“İran nüvə və raket texnologiyalarını özünün milli sərvətləri hesab edir və bu sahələrə kənar müdaxilələrə dözməyəcək”.
Teleqraf xəbər verir ki, bunu İranın Ali rəhbəri Müctəba Xamenei xalqa yazılı müraciətində deyib.
“Doxsan milyon cəsur və ləyaqətli iranlı həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda özünün bütün şəxsi, mənəvi, insani, elmi və sənaye resurslarını, həmçinin əsas və qabaqcıl texnologiyaları - nano və biotexnologiyalardan tutmuş nüvə və raket texnologiyalarına qədər milli sərvətləri hesab edir və onları dəniz, quru və hava sərhədləri kimi qoruyacaq”, - o bildirib.