BAKI, 30 aprel. TELEQRAF
İsrail Müdafiə Qüvvələrinin Aralıq dənizində Qəzza zolağına üzən “Qlobal “Sumud” Donanması”na qarşı keçirdiyi əməliyyatlar zamanı 18 Türkiyə vətəndaşı saxlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Ümumilikdə “Sumud” donanmasının saxlanılan 20 gəmisindən 175 fəal İsrail gəmilərinə köçürülüb.
Donanma 39 ölkədən olan 58 gəmi və 345 iştirakçıdan ibarətdir. “Ynet”in məlumatına görə, İsrail Müdafiə Qüvvələri bu gün “Qlobal “Sumud” Donanması”na daxil olan gəmiləri saxlamağa başlayıb. Mənbə bildirib ki, saxlama prosesi davam edir, heç bir insident və ya zorakılıq aktı yoxdur.
Türkiyə Xarici İşlər Nazirliyi bundan əvvəl məsələ ilə əlaqədar İsrailə etiraz edib.