BAKI, 11 noyabr. TELEQRAF
“ABŞ ya İranın tələblərini qəbul edəcək, ya da döyüş meydanında təslim olacaq”.
Teleqraf xəbər verir ki, bunu İran Müdafiə Nazirliyinin sözçüsü Rza Təlayenik deyib.
“İranın silah təminatı strateji istehsala və təkmilləşdirilmiş texnologiyalara əsaslanır və Donald Trampın, eləcə də məğlub Pit Heqsetin aldadıcı statistik göstəricilərindən daha üstündür. Ölkəmizin müdafiə qabiliyyəti gücləndirilib və müharibənin nəticəsi bəllidir: ya İranın haqlı tələbləri qəbul ediləcək, ya da düşmən döyüş meydanında təslim olacaq”, - o bildirib.