BAKI, 11 noyabr. TELEQRAF

“İqlim problemlərinin kəsin canını yandırdığını çox yaxşı bilirik. Aralıq dənizi hövzəsindən Afrikaya, Asiyadan Sakit okeanın kiçik ada dövlətlərinə qədər heç bir ölkə bundan kənarda qala bilməz”.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində çıxışı zamanı deyib.

“31 il əvvəl Berlində keçirilən ilk COP toplantımızdan bu yana mühüm məsafə qət etdik. Verdiyimiz sayısız qərarlar bu gün iqlim dəyişikliyi ilə mübarizə fikrini bütün bəşəriyyətin gündəminə daxil etdi. Fikir müstəvisindəki bu uğur tətbiq nöqtəsində, təəssüf ki, eyni nəticəni verə bilmədi. Halbuki Paris Sazişində müəyyən edilən hədəflərə çatmamağımız hər dəqiqə risk və xərcləri artır. Qarşımızda iki seçim var: ya çətinliklərə baxıb şikayət edəcəyik, ya da ümidə sarılıb hərəkətə keçəcəyik”, - dövlət başçısı bildirib.