BAKI, 11 noyabr. TELEQRAF

İsrail Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Arzu Hersel-Ruhila İranın keçmiş şahının oğlu Rza Pəhləvinin Auşvitz ölüm düşərgəsinə (Polşa) səfərinə münasibət bildirib.

Teleqraf xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb.

Diplomat bildirib ki, Rza Pəhləvinin Holokost soyqırımı qurbanlarının xatirəsini yad etməsi İranın gələcəyi ilə bağlı aydın mesaj verir:

“İran İslam Respublikası Holokostu inkar etməyi və yəhudilərə qarşı nifrəti təşviq etdiyi vaxtda şahzadənin Holokost qurbanlarının xatirəsini yad etməsi aydın mesaj verir: İranın gələcəyi həqiqət və azadlıq prinsipləri əsasında, antisemitizmdən uzaq şəkildə qurulmalıdır”.