BAKI, 11 noyabr. TELEQRAF

Hörmüz boğazının şərqində minaya çırpılan tanker yanıb.

Teleqraf xəbər verir ki, bu barədə İran Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

“Bu gün səhər saatlarında qaydaları pozan tanker dəniz minası ilə toqquşması nəticəsində alovlanıb”, - məlumatda bildirilib.