BAKI, 11 noyabr. TELEQRAF
ABŞ prezidentinin xüsusi nümayəndələri Stiven Uitkoff və Cared Kuşner noyabrın 12-də Moskvaya səfər edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Kuşner məlumat verib.
ABŞ rəsmisi Əbu-Dabidə Rusiya və Ukraynanın iştirakı ilə keçirilən üçtərəfli danışıqlardan sonra bildirib: “Stiv və mən sabah Rusiya Prezidenti Vladimir Putinlə görüşmək və bu gün haqqında danışdığımız mövzuları müzakirə etmək və müzakirə etdiyimiz bəzi məsələlərdə irəliləyiş əldə etməyə çalışmaq üçün Moskvaya gedəcəyik”.
Kuşner əlavə edib ki, Moskvadan sonra Dublinə gedəcəklər və orada bəzi ideyaları daha ətraflı şəkildə müzakirə etmək üçün Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcəklər.