BAKI, 11 noyabr. TELEQRAF
Hörmüz boğazından “icazəsiz və təhlükəli marşrut”la keçməyə çalışan iki neft tankeri dəniz minaları ilə toqquşduqdan sonra alovlanıb.
Teleqraf xəbər verir ki, bu barədə İran Hərbi Dəniz Qüvvələrinin İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Açıqlamada tankerlərin “qaydaları pozduqları”, naviqasiya və identifikasiya sistemlərini söndürərək Hörmüz boğazından keçməyə cəhd etdikləri iddia olunub.
Qurum tankerlərin ABŞ ordusunun qırıcı təyyarələrinin müşayiəti və Amerika zabitinin rəhbərliyi altında hərəkət etdiyini bildirib. Açıqlamada qeyd olunub ki, yanğının söndürülməsi istiqamətində cəhdlərə baxmayaraq, tankerlər hələ də yanmaqda davam edir.
Tankerləri adları, texniki göstəriciləri və ekipaj üzvlərinin vəziyyəti barədə məlumat verilməyib.