BAKI, 11 noyabr. TELEQRAF
“Yeni iqlim ədalətinə ehtiyacımız var. Bütün ölkələr iqlim məsələsində üzərinə düşəni etməlidir. Buradakı əsas yanaşmamız “İqlim naminə bunu et, yaxud bundan imtina et” olmalıdır”.
Teleqraf xəbər verir ki, bunu BMT baş katibi Antonio Quterreş Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində çıxışı zamanı deyib.
“Təmiz enerji bəlkə də yeni enerji mənbələri arasında ən ucuzu deyil, amma bu sahə inkişaf edir. Siyasi baxımdan müəyyən problemlər olsa da, çox sürətlə irəliləyir”, - o əlavə edib.
Antonio Quterreş sammitin təşkilinə görə Türkiyəyə təşəkkürünü bildirərək əlavə edib:
“İqlim naminə hərəkətə keçməliyik. Öz həyatımız və uşaqlarımızın gələcəyi uğrunda mübarizə aparırıq”.