BAKI, 11 noyabr. TELEQRAF

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının rəisi Əli Abdullahi ABŞ və İsraili daha şiddətli hücumlarla hədələyib.

Teleqraf xəbər verir ki, bu barədə o, SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı Məcid Musəviyə ünvanladığı mesajda bildirib.

Abdullahi qeyd edib ki, İranın mövcudluğuna qarşı təhdid mənbəyinə çevrilən istənilən nöqtə ordunun assimmetrik əməliyyatlarının birbaşa hədəfi olacaq: “Əvvəlki zərbələr yalnız başlanğıc idi. Yeni istənilən yanlış hesablamada onları daha ağır və dağıdıcı zərbələr gözləyir”.