BAKI, 11 noyabr. TELEQRAF

İsrail xarici işlər naziri Gideon Saar eyni anda daxili işlər naziri vəzifəsini də icra edəcək.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Baş nazirinin Administrasiyası məlumat yayıb.

“Hökumət Baş nazir Benyamin Netanyahunun Gideon Saarın daxili işlər naziri vəzifəsinə təyin edilməsi ilə bağlı təklifini təsdiqləyib”, - açıqlamada bildirilib.

“Israel Hayom”un yazdığına görə, İsrail Nazirlər Kabineti Saarın xarici işlər naziri vəzifəsini saxlamaqla daxili işlər naziri təyin olunmasını təsdiqləyib.

Daxili işlər naziri vəzifəsini bundan əvvəl tutan Moşe Arbel 2025-ci ilin yayında ultraortodoks ŞAS partiyasından olan digər nazirlərlə birlikdə İsrail hökumətini tərk edib. Həmin vaxtdan bu vəzifə boş qalmışdı.

Oktyabrın 27-də İsraildə parlament seçkiləri keçirilib. Seçkilərin nəticələrinə görə, Benyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” Partiyası 27 mandat qazanaraq birinci yeri tutub.