BAKI, 6 mart. TELEQRAF
İran ABŞ və İsrailə qarşı aparılan hərbi əməliyyatlar zamanı raket buraxılış qurğuları və hava hücumundan müdafiə sistemlərinin 60 faizini itirib.
Teleqraf xəbər verir ki, bu barədə İsrailin I24 telekanalı məlumat yayıb.
Kanalın məlumatına görə, bu rəqəmlər İsrail Təhlükəsizlik Kabinetinin martın 5-də keçirilən iclasında açıqlanıb. Bildirilib ki, İsrail ordusu əməliyyatın gedişatı və ABŞ ilə koordinasiyadan razıdır.
Bundan əlavə, hərbi mənbələr televiziyaya deyiblər ki, İsrail qüvvələri hələ az bir həftə İrana aktiv zərbələr endirməyi planlaşdırır, daha sonra isə hücumların intensivliyini azaldacaqlar.
ABŞ Prezidenti Donald Tramp da bundan əvvəl bəyan etmişdi ki, Amerika Silahlı Qüvvələri İranın raketlərinin 60, buraxılış qurğularının isə 64 faizini məhv edib.