BAKI, 22 fevral. TELEQRAF

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi ilə İranın xarici işlər naziri Abbas Əraqçi arasında telefon danışığı olub.

Teleqraf xəbər verir ki, tərəflər İran və ABŞ arasında aparılan dolayı danışıqlar prosesi ilə bağlı son yenilikləri müzakirə edib, bu barədə fikir mübadiləsi aparıblar.

Məlumata görə, həm R.Qrossi, həm də A.Əraqçi danışıqlar prosesini irəli aparmaq və davamlı razılaşma (anlaşma) əldə etmək üçün konstruktiv qarşılıqlı əməkdaşlığın, eləcə də dialoq yolunun davam etdirilməsinin vacibliyini vurğulayıblar.