BAKI, 7 sentyabr. TELEQRAF
İqlim dəyişikliyi artıq yalnız sabahla bağlı məsələ deyil, milyonlarla insan üçün bu günün reallığıdır.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Bakıda keçirilən Dördüncü İqlim Həftəsi çərçivəsində “Enerji keçidi, iqlim maliyyələşməsi və sənaye karbonsuzlaşdırılması” mövzusuna həsr olunmuş tədbirdə deyib.
O bildirib ki, Azərbaycanın COP29-a sədrliyi çərçivəsində görülən işlər hazırda hökumətləri, müxtəlif maraqlı tərəfləri və vətəndaş cəmiyyətini bir araya gətirən platformaya çevrilib.
Y.Rəfiyev qeyd edib ki, ekstremal iqlim hadisələri ətraf mühitlə yanaşı, iqtisadiyyata, təhlükəsizliyə və inkişafa da ciddi təsir göstərir.
“İqlim dəyişikliyi bizim həm dayanıqlılığımızı, həm də diplomatik imkanlarımızı sınaqdan keçirir”.