BAKI, 9 fevral. TELEQRAF
“Mediada qonşu ölkələrə qarşı təhqiramiz ifadələrdən istifadəyə yol verilməməlidir”.
Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
Qonşu ölkələrlə müsbət münasibətlərin vacibliyini vurğulayan dövlət başçısı İranla həmsərhəd olan regional dövlətlərin Tehranla tez-tez təmasda olduğuna diqqət çəkib və bu ölkələrin bölgədə müharibənin qarşısının alınması, problemlərin dialoq yolu ilə həlli üçün səylər göstərdiyini qeyd edib.
Məsud Pezeşkian İran rəsmilərindən çıxışları zamanı qonşu ölkələrlə münasibətlərə xələl gətirə biləcək açıqlamalardan çəkinmələrini və bəyanatlarında diqqətli olmalarını istəyib.